...

Səfir: Azərbaycan və Polşa Bakıda enerji tədarükünün diversifikasiyası məsələlərini müzakirə edəcək

Energetika Materials 14 May 2007 20:57 (UTC +04:00)
Səfir: Azərbaycan və Polşa Bakıda enerji tədarükünün diversifikasiyası məsələlərini müzakirə edəcək

Azərbaycan, Bakı/ Trend müxbir İ.Xəlilova/ Azərbaycan-Polşa hökumətlərarası komissiyanın ikinci iclası ilkin olaraq oktyabr ayının 12-nə nəzərdə tutulub. Bu barədə bazar ertəsi Polşanın Azərbaycandakı səfiri Kşiştof Krayevski məlumat verib.

Onun sözlərinə görə, 2006-cı ildə keçirilmiş birinci iclas zamanı əldə olunmuş razılığa əsasən növbəti görüş Bakıda keçiriləcək.

"Komissiyanın iclası zamanı iki ölkənin iş adamlarının görüşünün keçirilməsi istisna olunmur",-deyə Krayevski bəyan edib.

O qeyd edib ki, görüş çərçivəsində enerji tədarükünün diversifikasiyası məsələlərinin müzakirə olunması da mümkündür.

"Görüşdə həmçinin bir müddət öncə Krakovada əldə olunmuş razılığa əsasən, alternatib ixrac marşrutu üzrə müzakirələrin davam etdiriləcəyi gözlənilir",-deyə səfir bildirib.

Xəbər lenti

Xəbər lenti