...

Prezidentin sərəncamına əsasən, ARDNF Dövlət Neft Şirkətinə 100 mln. dollardan çox vəsait köçürüb

Energetika Materials 17 May 2007 21:04 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir İ.Xəlilova/ Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə "Azəri", "Çıraq" yataqlarının və "Günəşli" yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü ilə bağlı bir sıra məsələlərin həlli Dövlət Neft Şirkətinə həvalə olunub.

Amoko Caspian Petroleum ltd., BP Exploration (Caspian Sea) ltd, Delta Nimir Khazar ltd, Den Norske, AO LUKoil, McDermott Azerbaijan inc, Pennzoil Caspian Corporation, Ramco Khazar Energy ltd, TPAO, Unocal Khazar ltd ilə imzalanmış PSA sazişinə əsasən, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin iştirak payı 10 faizdir.

2003-cü ilədək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sazişdəki iştirak payına düşən xam neftin satışından 102.312.436.24 ABŞ dolları əldə edilib. Prezidentin sərəncamına əsasən, bu vəsaitlər Azərbaycan Respublikası Dövlət Neft Fondunda toplanıb. İndi həmin vəsaitlər ARDNF-dən ARDNŞ-in hesabına köçürülür.

Bu cür qərar Dövlət Neft Şirkətinin iştirakçısı olduğu layihələrdə onun iştirak payına düşən gəlirlərin məhdud olması ilə əlaqədar qəbul olunub.

2007-ci il aprelin 1-nə ARDNF-in aktivləri 1720,3 mln. dollar təşkil edib.

Xəbər lenti

Xəbər lenti