...

"ExxonMobil": Neft, qaz və kömür 25 ildən sonra da hakim mövqeyini saxlayacaq

Energetika Materials 22 May 2007 16:05 (UTC +04:00)

Qazaxıstan,Astana/müxbir Trend K.Konırova/İlbəil enerjidaşıyıcılarına tələbat artacaq və 2030-cu ildə tələbat 2000-ci illə müqayisədə 60 faiz artacaq. Bu barədə Astanada Amerikanın "ExxonMobil" şirkətinin eksperti Skott Nauman məlumat verib.

"Əhalinin (2030-cu ildə əhalinin sayı 8 milyarda qədər artacaq) və dünya ÜDM-in artımı ilə (2030-cu ilə qədər artım orta hesabla ildə 2,8 faiz) enerji tələbatının 2030-cu ilə qədər ildə 15,5 mlrd. ton neft ekvivalentinə çatması gözlənilir, bu da 2000-ci ildən 60 faiz çoxdur", - deyə Nauman bildirib.

Artım əsas etibarilə İƏİT-in (İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı. Bu təşkilata 13 ölkə - Avstraliya, Avstriya, Belçika, Böyük Britaniya, Macarıstan, Almaniya, Yunanıstan, Danimarka, İrlandiya, İslandiya, İtaliya, Kanada, Koreya, Lüksemburq, Türkiyə və s.) üzvü olmayan ölkələrdə baş verəcək.

Ekspertin qeyd etdiyi kimi, enerji daşyıcılarına artan dünyəvi tələbatlar əvvələr olduğu kimi əsasən neft, qaz və kömürün hesabına ödəniləcək.

Onun sözlərinə görə, bu gün istifadə olunan enerjinin 80 faizi hasil olunan yanacaq növlərindən (neft, qaz, kömür) hasil olunur və bu göstəricinin 2030-cu ilə qədər əhəmiyyətli dəyişikliklərə məruz qalmayacağı gözlənilir.

"Neft, qaz və kömür isə hakim mövqeyini hətta 25 ildən sonra da saxlayacaq", - deyə "ExxonMobil" şirkətinin nümayəndəsi qeyd edib.

"Neft və digər maye yanacaqlarına olan tələbatın ildə 1,4 faiz, təbii qaza ildə 1,7 faiz, kömürə isə ildə 1,6 faiz artacağı gözlənilir", deyə Nauman bildirib.

O vurğulayıb ki, son zamanlar çox müzakirə olunan külək və günəş enerjisinin istifadəsi güman olunur ki, orta hesabla hər il 10,5 faiz artacaq. Lakin 2030-cu ildə enerjinin bu növü enerjinin ümumdünya istifadəsinin yalnız 1 faizini təmin edə biləcək.

Xəbər lenti

Xəbər lenti