...

Nazir müavini: Barmek Holding və Azərbaycan hökuməti arasında məhkəmə işi bir il uzana bilər

Energetika Materials 11 İyun 2007 18:44 (UTC +04:00)
Nazir müavini: Barmek Holding  və Azərbaycan hökuməti arasında məhkəmə işi bir il uzana bilər

Azərbaycan, Bakı/ Trend müxbir İ.Xəlilova/ Londonda Investisiya Mübahisələrinin həlli üzrə Beyəlxalq Mərkəzdə Barmek Holding-in Azərbaycan hökumətinə qarşı iddiası əsasında ilk məhkəmə iclası baş tutub. Bu barədə iqtisadi inkişaf nazirinin müavini Mikayıl Cabbarov məlumat verib.

İddianın predmeti Bakı Elektrik Şəbəkəsinə qoyulmuş 291 mln. dollar dəyərində investisiyadır. İqtisadi Inkişaf Nazirliyinin maraqlarını Amerikanın Gladham

Dinləmə zamanı, xüsusilə mübahisəli məsələlərə baxılıb və tərəflərə öz arqumentlərini təqdim etmək üçün müddət müəyyən olunub. Azərbaycan tərəfinə cavabdeh kimi Barmek Holding-in şikayətinə cavab vermək üçün müddət müəyyən olunub.

"Bundan sonra şərh və şikayətlərə baxılması üzrə daha bir raund keçiriləcək. Artıq indidən bəllidir ki, beynəlxalq arbitrajda bu iddiaya baxılması bir il, hətta ola bilsin ki, 15 ay çəkə bilər. Güman edirəm ki, texniki və maliyyə xarakterkli əlavə ekspertizalara ehtiyac olmayacaq",-deyə Cabbarov hesav edir.

Beynəlxaql arbitrajda həmçinin Azərbaycan məhkəməsi tərəfindən "Bakıelektrikşəbəkə"də idarəetmə zamanı vurulmuş zərərin ödənilməsi haqqında İqtisadi İnkişaf Nazirliyinin iddiasının ödənilməsi üçün hesablara qoyulmuş həbsin götürülməsi ilə bağlı da Barmek Holding-in xahişinə baxılıb.

"Hazırkı mərhələdə ərizə ilə bağlı arbitrajın ilkin qərarını gözləyirik",-deyə Cabbarov söyləyib.

Hazırda Barmek Azerbaijan şirkətinin öhdəlikləri iki cürdür: birincisi, 2006-cı ildə Azərenerjidən alınmış elektrik enerjisinin ödənilməsi, bununla bağlı heç bir ödəmə olmayıb, ikincisi isə, güzəştli şərtərlə enerji verilməsi. Bu enerjinin qaytarılması isə 2008-ci ildən başlamalı idi.

Müqaviləyə əsasən, BarmekAzərbaijan elektrik enerjisinin ödənilməsi səviyyəsini əvvəlcədən 50, 55, 60, 75 və 2007-ci ildə 100 faiz artırmalı idi. Ümumilikdə şirkətin borcu bir neçə milyon dollar civarında hesablanır.

Xəbər lenti

Xəbər lenti