...

Fransa səfirliyinin məsləhətçisi: Neftə olan yüksək qiymətlər Azərbaycan üçün yeni perspektivlər açır

Energetika Materials 13 İyun 2007 16:10 (UTC +04:00)

Azərbaycan, Bakı, /müx. Trend S.Ağayeva/ Dünya bazarında neftə olan yüksək qiymətlər Azərbaycan üçün yeni perspektivlər açır.

Fransannın Azərbaycandakı səfirinin baş məsləhətçisi Silven Qioququn bildirdiyinə görə, fransız şirkətləri Azərbaycana artıq yeni nöqteyi- nəzərdən baxırlar.

"Total" şirkəti Azərbaycanın "Abşeron" dəniz yatağıqının istismarı ilə yenidən məşğul olmağı planlaşdırır.

"Şirkətin fəaliyyətinin bərpası ilə bağlı danışıqlar artıq aparılır. Neftə olan yüksək qiymətləri nəzərə alaraq şirkətin rəhbərliyi bu addımı perspektivli hesab edir", -Qioq bildirib.

Azərbəycanın Dövlət Neft Şirkəti və "Total" "Abşeron" yatağının perspektiv istismarı çərçivəsində memorandumu 8 iyulda imzalayıblar. Memorandumun fəaliyyət müddəti bir ildir.

ARNDŞ yataqla bağlı sənədləri artıq "Total"a təqdim edib. Blokda əvvələr operatoru "ChevronTexaco" olan konsorsium çalışıb. Bu müqavilədə "Total" da iştirak edib, lakin quyunun qazılmasından sonra yataqda aşkar olunan ehtiyatlar kommersiya nöqteyi- nəzərindən səmərəsiz adlandırılıb. Diplomatın bildirdiyi kimi, fransız şirkətləri həmçinin Azərbaycanda qaz yataqlarının istismarında da maraqlıdırlar. "Total" artıq "Şahdəniz" yatağının istismarında 10% pay bölgüsünə malikdir və "Cənubi Qafqaz" qaz kəmərinin iştirakçısıdır. Qioqun sözlərinə görə, "Gaz De France" adlı daha bir fransız şirkəti bu yaxınlarda Azərbaycanın ixrac etdiyi qazın potensial alıcısı kimi Azərbaycanda olub. Azərbaycanın Sənaye və Energetika Nazirliyinin məlumatında bildirilib ki, "Gaz De France" şirkəti Azərbaycanda yenr qaz yataqlarının kəşfində və ehtiyatı 500 milyard kub metr həcmində qiymətləndirilən "Azəri-"Çıraq"-"Günəşli" yatağının dərinliklərinin işlənməsində iştirak etmək niyyətindədir. "Gaz De France" həmçinin Azərbaycanda yeraltı qaz anbarlarının genişləndirlməsi layihəsində iştirak etmək niyyətindədir və respublikada qazpaylaşdırıcı şəbəkənin idarəsini əldə etmək imkanı barədə düşünur.

Ümumiyyətlə, diplomat Azərbaycan vəFransa arasında olan ticarət əlaqələrini müsbət qiymətləndirib.

Onun sözlərinə görə, keçən ilin yekunlarına əsasən, iki ölkə arasında ticarət dövriyyəsi 943 mln. avro təşkil edib, lakin cari ilin dörd ayı ərzində 564 mln. avro təşkil edib ki, bu da ötən inlin müvafiq göstəricisindən çoxdur.

"Ticarət dövriyyəsinin əsas hissəsini enerji daşıyıcıları təşkil edir, təhlükəsizlik, infrastruktur, tikinti səhəsində və həmçinin neft sənayesi avadanlığının idxalında artım müşahidə olunur", -deyə diplomat bildirib.

Xəbər lenti

Xəbər lenti