Qazaxıstan, Astana/ Trend müxbir K.Arınova/ Böyük Britaniyanın Qazaxıstandakı Fövqəladə və Səlahiyyətli səfiri Pol Bramell ilə müsahibə:
- Siz Qazaxıstan və Böyük Britaniya arasında ticari-iqtisadi əməkdaşlığı necə qiymətləndirirsiniz? Gələcək əməkdaşlıq üçün hansı potensial var?
- Qazaxıstan hökumətinin rəsmi göstəricilərinə görə, 2006-cı ildə ölkələrimiz arasında əmtəə dövriyyəsi ilk dəfə bir milyard dolları ötüb. Böyük Britaniya Qazaxıstandakı üçüncü böyük investordur. Respublika müstəqillik əldə edəndən bəri iqtisadiyata qoyulan Britaniya investisiyaları üç milyard funt sterlinq təşkil edir.
Ümid edirəm ki, irəlidə də bizm əməkdaşlığımız həm ölkəmizin həmişə güclü olduğu ənənəvi sahə, məsələn, neft-qaz sektorunda, həm də Qazaxıstan iqtisadiyyatının diversifikasiyası ilə əlaqədar olaraq bizim üçün açılan yeni sahələrdə bu cür fəal inkişaf edəcək.
Mən bir müddət öncə Kustanay vilayətində oldum və akim cənab Kulaqinlə görüşdüm. Britaniya şirkətlərinin vilayətdən Qazaxıstan taxılı almasını eşitmək xoş idi. Söhbət hələ ki, elə də böyük həcmdən getmir, belə ki, Britaniya iri taxıl alıcısı deyil. Buna baxmayaraq, qarşılıqlı əlaqələrin yeni istiqamətdə inkişafı üçün mən bunu yaxşı əlamət hesab edirəm.
Britaniya investisiyalarının isə Qazaxıstanın qeyri-neft sektoruna qoyulacağı perspektivləri müşahidə olunur. Mənim Kustanay vilayətinə səfərim zamanı "Sadə ev" proqramı üzrə evlərin tikintisi üçün həsirdən panel hazırlayan zavodda oldum. Bu müəssisə Qazaxıstanın CIH korporasiyası və Britaniya Stramit-nin qarşılıqlı fəaliyyətinin məhsuludur.
- AB-nin Mərkəzi Asiyadan karbohidrogen ehtiyatlarının tədarükünün diversifikasiyası cəhdləri ilə bağlı sizin rəyiniz necədir?
- Doğurdan da, AB ölkələri stabil və coğrafi cəhətdən sərfəli enerji tədarükü marşrutlarına malik olmaqda çox maraqlıdırlar. Bu məzmunda da bu cür cəhdlər təbiidir.
- Hazırda aktual olan, AB-nin fəal surətdə təbliğ etdiyi Transxəzər qaz kəməri ilə bağlı proqnozlardan yan keçə bilmirəm. Shell kimi Britaniya şirkətləri Transxəzər kəmərinin tikilməsinə nail olmaq üçün fəaliyyətlərini davam etdirmək niyyətlərindədir, yoxsa bir müddət öncə üç ölkə tərəfindən tikintisinə qərar verilmiş Xəzərsahili kəmərdən istifadə edəcəklər?
- Britaniya hökuməti enerji tədarükünün diversifikasiyasında bu prinsipə əsaslanır: bazar düşüncəsi nöqteyi-nəzərindən müxtəlif marşrutların mövcudluğu seçim imkanı verir. Hər bir təklif olunan marşrut maraqlıdır və iqtisadi məqsədəuyğunluq məzmununda olmalıdıdr. Diversifikasiya istehlakçıların dairəsini genişləndirir, dünya bazarında həm istehsalçılar, həm də tədarükçülər üçün böyük imkanlar verir. Belə ki, bu məhsulu daha münasib qiymətə almağa imkan verir.
Transxəzər kəmərinə gəldikdə isə, bu da xarici bazara çıxış çün daha bir yoldur, əgər investorlar iqtosadi nöqteyi-nəzərdən bu layihəni maraqlı hesab eləsələr, onda kəmərin tikintisinin mənası olacaq.
Təkrar edirəm ki, hansı kəməri tikmək, hansı kəmərlə qaz ixrac etmək barədə qərarı iqtisadi məqsədəuyğunluq nöqteyi-nəzərindən qəbul etmək lazımdır.