...

Azərbaycan və Qazaxıstan Transxəzər sistemi vasitəsilə neft nəqli barədə qısamüddətli razılıq imzalaya bilər

Energetika Materials 23 İyun 2007 13:44 (UTC +04:00)
Azərbaycan və Qazaxıstan Transxəzər sistemi vasitəsilə neft nəqli barədə qısamüddətli razılıq imzalaya bilər

Azərbaycan, Bakı /müx. Trend S.Əliyev/ Şənbə günü Bakıda ARDNŞ və "KazMunayQaz" QSC arasında aparılan danışıqlara yaxın olan mənbənin məlumatına görə, Azərbaycan və Qazaxıstan Bakı-Tbilisi- Ceyhan neft kəməri vasitəsilə Transxəzər neft nəqli sisteminin yaradılması barədə razılığın sentyabra qədər əldə edilməsini istisna etmir.

Azərbaycan və Qazaxıstan prezidenlərinin 2006-cı ildə əldə etdiyi Qazaxıstan neftinin nəqli il bağlı dövlətlərarası razılığın reallaşması məqsədi daşıyan danışıqlar bu həfə Bakıda başlayıb.

Danışıqlar "KazMunayQaz"ın prezidenti Uzakbay Karabalinin başçılıq etdiyi nümayəndə heyəti və ARDNŞ-nın prezidenti Rövnəq Abdullayev arasında aparılıb.

Görüş zamanı Transxəzər neft nəqli sisteminin yaradılması ilə bağlı maraqlı tərəflərin konseptual baxışlarının təqdimatı keçirilib. Danşıqların davam edirilməsinin əhəmiyyəti vurğulanıb və danışıqları işçi qrup səviyyəsində aktivləşdirmək barədə qərar qəbul olunub.

Xəbər lenti

Xəbər lenti