...

ARDNŞ qaz emalı ilə bağlı məlumatları açıqlayıb

Energetika Materials 20 İyul 2007 19:14 (UTC +04:00)

Azərbaycan, Bakı, / Trend müx.S.Əliyev/ 2007-ci ilin birinci yarım ili ərzində Azərbaycanın neft emalı zavodunda 1 mlrd. 217,94 mln. kub metr qaz emal olunub, bu göstərici proqnozlaşdırılan göstəricidən 0,3% çoxdur.

İyun ayında müəssisədə 246,5 mln. kubmetr qaz emal olunub. Proqnozlara əsasən, bu il müəssisədə 2 mlrd. 986,7 mln. kubmetr qaz emal olunacaq.

Müəssisə 6,5 mlrd. kubmetr qazın emalı üçün nəzərdə tutulub, zavodun real gücü 5,4 mlrd. kubmetr qaz təşkil edir. Təbii qaz və kondensant emal edən neft emalı zavodu 1961-ci ildə tikilib. Zavodun əsas məhsulu quru qaz, qaz benzini, texniki butan və ağır qazdır.

İyunun 1-dən zavod yenidən ARDNŞ-ın balansına qaytarılıb. Hökumətdən verilən məlumata görə, ARDNŞ müəssisənin bərpasını həyata keçirmək niyyətindədir.

Xəbər lenti

Xəbər lenti