...

Prezident İlham Əliyev: "Azərbaycanda böyük enerji potensialı yaradılacaq"

Energetika Materials 2 Avqust 2007 16:59 (UTC +04:00)
Prezident İlham Əliyev: "Azərbaycanda böyük enerji potensialı yaradılacaq"

Azərbaycan, Bakı /müx. Trend S.Əliyev/ Cümə axşamı rəsmi mətbuatın verdiyi məlumata görə, Azərbaycan prezidenti İlham Əliyev çərşənbə günü Nazirlər Kabinetinin 2007-ci idin birinci yarısının yekunlarına həsr olunmuş iclasında bəyan edib ki, Azərbaycanda böyük enerji potenstalı yaradılacaq.

Bu il Sumqayıtda böyük elektrik stansiyasının tikintisi da daxil olmaqla bir sıra elektroenergetika layihələrinin reallaşması davam edir. Gələcəkdə Simal-2, "Əli-Bayramlı", "Səngəçal" elektrik stansiyalarının tikintisi planlaşdırılır.

Onun sözlərinə görə, ötən il ölkədə ümumi gücü 450 MVt olan beş elektrik stansiyası tikilib.

"Bu gün biz demək olar ki, özümüzü tam olaraq elektrik enerjisi ilə təmin edirik və gələcəkdə onun ixracı ilə məşğul olacağıq. Bu böyük iqtisadi fayda gətirəcək və əlbəttə ki, siyasi nöqteyi-nəzərdən çox sərfəli olacaq" - deyə İlham Əliyev bildirib.

Onun sözlərinə görə, çatdırılan elektrik enerjinin ödənişində də irəliləyiş müşahidə olunur. İyul ayında vəsaitlərin yığımı 80% təşkil edib.

Prezidentin sözlərinə görə, çatdırılan elektrik enerjisinə olan vəsaitlərin toplanmasında ciddi problemlər "Barmek" şirkətinin paylaşdırıcı şəbəkəni idarə etdiyi dövrlərdə mövcud olub və bu şirkət faktiki olaraq Bakının enerji təsərrüfatını dağıdıb.

Bu gün hökumət "Bakıelektrikşəbəkə"nin (Bakının paylaşdırırıcı şəbəkəsini idarə edir) fəaliyyətini bərpa etməsi ə və gücləndirməsi üçün böyük vəsait ayırmalı olur. Yeni xətlər çəkilir, yeni transformatorlar quraşdırılır, yarımstansiyalar tikilir.

Bakının elektrik paylaşdırıcı şəbəkəsi dövlətin nəzarətinə qaytarıldıqdan sonra bu sahədə müvəffəqiyyətli islahatlar həyata keçirilir. Vəsaitlər həm dövlət, həm də enerji sahəsini işləyən və bu sahəni bərpa edən şirkətin özü tərəfindən ayrılır. Onun sözlərinə görə, ölkədə qazifikasiya üzrə işlər davam etdirilir.

"Növbəti altı ay ərzində biz Bakı kəndlərinin qazla təminatına böyün diqqət ayıracağıq. Biz çalışmalıyq ki, ilin sonuna, yaxud 2008-ci ilin birinci yarısına qədər Bakı kəndlərinin problemini həll edək" - deyə İlham Əliyev bildirib.

Verilən məlumatlara görə, sayğacların quraşdırılması ilə istehlak xeyli azalıb. "Azərenerji" SC-nin rəhbəri Etibar Pirverdiyevin sözlərinə görə, istehlak 1,6 mlrd. kVt/saat azalıb və bu 12,5% təşkil edir.

Prezidentin sözlərinə görə, indiki qiymətləri nəzərə alsaq qənaət 300 mln. dollar təşkil edir.

Xəbər lenti

Xəbər lenti