...

ABŞ dövlət katibinin müşaviri: Cənub dəhlizi layihəsinin həyata keçirilməsi Azərbaycan qazının Avropaya çıxması və rus qazının tədarükündə sağlam rəqabət üçün imkanlar yaradacaq (video)

Energetika Materials 2 Avqust 2007 20:17 (UTC +04:00)
ABŞ dövlət katibinin müşaviri: Cənub dəhlizi layihəsinin həyata keçirilməsi Azərbaycan qazının Avropaya çıxması və rus  qazının tədarükündə sağlam rəqabət üçün imkanlar yaradacaq (video)

Azərbaycan, Bakı/ Trend / Cənub dəhlizi qaz tədarükü layihəsinin həyata keçirilməsi Azərbaycan qazının Avropaya çıxması və Rus qazının Avropa ölkələrinə tədarükündə sağlam rəqabət üçün imkanlar yaradacaq. Bunu cümə axşamı Bakıda ABŞ dövlət katibinin müşaviri Mətyu Brayza bəyan edib.

Cənub dəhlizi ilə qaz tədarükünün həyata keçirilməsi Rusiyanı rəqabət mühiti şəraitində fəaliyyət göstərməyə məcbur edəcək. "Mühit belə olmalıdı ki, tərəflər rəqabət apara bilsinlər", - deyə M.Brayza söyləyib. Layihənin həyata keçirilməsi həm Xəzərsahili ölkələr, həm də Avropa üçün böyük əhəmiyyətə malik olacaq.

Onun sözlərinə görə, türkmən qazının İrandan Türkiyəyə və oradan da Avrpopaya nəql olunması nəqlin yüksək dəyərinə görə nə iqtisadi, nə coğrafi, nə də texniki nöqteyi nəzərdən səmərəli deyil.

"Bu məsələnin siyasi tərəfinə gəldikdə isə ABŞ dünya ictimaiyyətinin İranla beynəlxalq iqtisadi əməkdaşlığını məhdudlaşdırmağa çalışır. Bu da İran tərəfindən uranın zənginləşdirilməsi proqramı ilə bağlıdır", - deyə ABŞ dövlət katibinin müşaviri bildirib.

Türkmən qazının Azərbaycan, Türkiyə, Yunanıstandan İtaliyaya, yaxud Nabucco layihəsi ilə nəql olunacaq həcmi İrandan Türkiyəyə və daha sonra Avropaya mümkün qaz nəqlindən az olmayacaq. "Qazın Azərbaycan ərazisindən nəql olunması iqtisadi cəhətdən daha səmərəlidir", - deyə Brayza qeyd edib.

Xəbər lenti

Xəbər lenti