...

Azərbaycan və Türkiyə Avropaya qaz nəqlinə dair müqavavilənin işlənib hazırlanmasına başlayıb

Energetika Materials 7 Avqust 2007 00:23 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend S.Əliev/ Bu gün Türkiyədə Azərbaycan qazının Türkiyə ərazisi vasitəsilə Avropaya nəqlinə dair müqavilənin işlənib hazırlanması ilə bağlı danışıqlar başlanır.

Azərbaycan tərəfi sənaye və energetika naziri Natiq Əliyev və nazirliyin apparat rəhbəri Rasim Məmmədov tərəfindən təmsil olunur.

Səfər avqustun 10-a qədər davam edəcək. Nazir və apparat rəhbəri Azərbaycan prezidenti İlham Əliyevin tapşırığı ilə danışıqlar aparacaq. Danışıqlar zamanı həmçinin Türkiyə ərazisi vasitəsilə qaz nəqlinə dair digər hüquqi sənədlər də müzakirə olunacaq.

Xəbər lenti

Xəbər lenti