Azərbaycan, Bakı/ Trend / Yanvar-iyul ayları ərzində Azərbaycanda 24 mln. 807,4 min ton xam neft hasil olunub. Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib. Bu göstərici 2006-cı ilin müvafiq dövrü ilə nisbətdə 44,1 faiz çoxdur. Neft və qaz hasilatında əsas həcm Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin (ABƏŞ) payına düşüb ki, bu da 19,7 mln. ton neft və 2 mlrd. 474,9 mln. kubmetr qaz təşkil edib. Ümumi hasilatdan ABƏŞ-in payına 79,4 faiz neft və 45,3 faiz qaz düşüb.
2007-ci ilin yanvar-iyul aylarında Azərbaycanda qaz hasilatı 5 mlrd. 465,2 mln. kubmetr təşkil edib. Bu, 2006-cı ilin müvafiq dövrü ilə müqayisədə 42,2 faiz çoxdur.
Yanvar-iyul aylarında Azərbaycanda 12 mlrd. 143,3 mln. kVt/saat elektrik enerjisi istehsal olunub. Bu həcm ötən ilin eyni dövr üçün olan göstəricisindən 10,4 faiz aşağıdır.