...

ARDNŞ öz balansına qaytarılmış qaz emalı zavodunun işini artırmağı planlaşdırır

Energetika Materials 21 Avqust 2007 14:36 (UTC +04:00)
ARDNŞ öz balansına qaytarılmış qaz emalı zavodunun işini artırmağı planlaşdırır

Azərbaycan, Bakı/ Trend müxbir İ.Xəlilova/ Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) gücü 5,5 mln. kubmetr olan yeni qaz kəmərinin tikilməsi hesabına "Azərbycan qaz emalı zavodu" SC-nin (AzQEZ) işini artırmağı planlaşdırır. Bu barədə çərşənbə axşamı ARDNŞ-in yaydığı məlumatda göstərilir.

Trend ın iyul ayında yazdığı kimi, bu müəssisənin özəlləşdirilməsi məsələsi gündəlikdən çıxarılıb və müəssisə Azərbaycan Dövlət Neft Şirkətinin tərkibinə qaytarılıb.

"Zavod özəlləşdirilməyəcək və özəlləşdirmə siyahısında olan müəssisələrin sırasından çıxarılıb",-deyə daha öncə hökumətdən bildirilib.

Müəssisə bir neçə dəfə investisiya müsabiqəsinə çıxarılıb. Zavodun səhmlərinin 87,14 faizi özəlləşdirməyə təqdim olunub.

Şirkətin məlumatında göstərilib ki, ARDNŞ-in emal üzrə vitse-prezidenti Davud Məmmədov AzQEZ-in hazırda sutkada 9 mln. kubmetr qaz emal etdiyini söyləyib.

ARDNŞ dörd il ərzində zavodun tamamilə təkmilləşdirilməsini planlaşdırır. Onun emal gücü illik 6 mlrd. kubmetr qaza qədər artırıla bilər.

2006-cı ildə AzQEZ 2,846 mlrd. kubmetr qaz qəbul edərək 18 min tin qaz benzini və 15,67 min ton maye qaz alıb.

Azərbaycan qaz emalı zavodu 1961-ci ildə istismara verilib. 6 qaz emalı qurğusundan başqa, qaz-kondenfsat emalı qurğusu (illik 675 min ton hgücündə) və qeyri stabil benzin qarışığı qurğusu quraşdırılıb (illik 600 mnin ton gücündə). Zavoddakı texnologiya majye qaz, ağ neft qarışığı (qaz emalı qurğusu üçün reagent), ağır kondensat (neft emalı zavodu üçün xammal) və qaz benzini (Sumqayıt neft-kimya kompleksi üçün xammal) almaq mümkündür.

Əvvəlcə AzQEZ-ə qaz və kondensat Qaradağ yatağından verilirdi. Daha sonra xammal axınına Azərbaycanın dəniz neftçilərinin hasil etdiyi səmt qazı və təbii qaz əlavə olunub.

Xəbər lenti

Xəbər lenti