...

ARDNŞ rəhbəri: Azərbaycan qaz emalı zavodunun yenidənqurmaya ehtiyacı var

Energetika Materials 21 Avqust 2007 20:48 (UTC +04:00)
ARDNŞ rəhbəri: Azərbaycan qaz emalı zavodunun  yenidənqurmaya ehtiyacı var

Azərbaycan, Bakı/ Trend müxbir A.İsmayılova/ Azərbaycan Dövlət Neft Şirkəti Azərbaycanda qaz hasilatının planlaşdırılan artımı ilə əlaqədar "Azərbaycan qaz emalı zavodun" SC-nin (AzQEZ) gücünü artırmağı planlaşdırır. Bunu çərşənbə axşamı ARDNŞ prezidenti Rövnəq Abdullayev bildirib.

ARDNŞ rəhbəri zavodun gücünün hansı həcmdə artırılmasının planlaşdırıldığını bildirməyib. Ekspertlər emal gücünü illik 6 mlrd. kubmetr qaza qədər artırıla biləcəyini hesab edirlər.

ARDNŞ-in proqramına əsasən daxili imkanlar hesabına işlənilən yataqlarda qaz hasilatının illik 8 mlrd. kubmetrə qədər artırılması planlaşdırılır.

"Zavodun yenidənqurulmasına ehtiyac var. Hazırkı vəziyyətdə AzQEZ artıq həcmdə qaz emal etmək gücündə deyil", - deyə ARDNŞ rəhbəri söyləyib.

Zavod bu il özəlləşdirmə siyahısında olan müəssisələrin sırasından çıxarılıb və Azərbaycan Dövlət Neft Şirkətinin tərkibinə qaytarılıb. AzQEZ hazırda sutkada 9 mln. kubmetr qaz emal edir.

2006-cı ildə AzQEZ 2,846 mlrd. kubmetr qaz qəbul edərək 18 min tin qaz benzini və 15,67 min ton maye qaz alıb.

Azərbaycan qaz emalı zavodu 1961-ci ildə istismara verilib. 6 qaz emalı qurğusundan başqa, qaz-kondenfsat emalı qurğusu (illik 675 min ton hgücündə) və qeyri stabil benzin qarışığı qurğusu quraşdırılıb (illik 600 mnin ton gücündə). Zavoddakı texnologiya majye qaz, ağ neft qarışığı (qaz emalı qurğusu üçün reagent), ağır kondensat (neft emalı zavodu üçün xammal) və qaz benzini (Sumqayıt neft-kimya kompleksi üçün xammal) almaq mümkündür.

Əvvəlcə AzQEZ-ə qaz və kondensat Qaradağ yatağından verilirdi. Daha sonra xammal axınına Azərbaycanın dəniz neftçilərinin hasil etdiyi səmt qazı və təbii qaz əlavə olunub.

Xəbər lenti

Xəbər lenti