...

"Azərkimya" xammal alınması ilə bağlı tender elan edib

Energetika Materials 24 Avqust 2007 12:01 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir Ü.İsmayılova/ Azərbaycanda ən iri kimyəvi məhsul istehsalçısı olan "Azərkimya" Sumqayıtın "Orq-Sintez" zavodundakı istehsalatda istifadə üçün xlor xammalının alınması ilə bağlı tender elan edib. Bu barədə məlumat rəsmi mətbuatda yer alıb.

Zavod "Azərkimya"nın tərkibinə daxildir. Tenderdə iştirakın qiyməti 200 manatdır.

Namizədlər sənədləri (son il üzrə maliyyə göstəricisi, potensial imkanları təsdiq edən sənəd) sentyabrın 21-dək təqdim etməlidirlər.

Tender sentyabrın 24-də saat 11.00-da keçiriləcək.

Xəbər lenti

Xəbər lenti