...

Baş nazir: "Kaşaqan" yatağının işlənməsinin ləngiməsi Qazaxıstan üçün ciddi iqtisadi nəticələr doğura bilər

Energetika Materials 6 Sentyabr 2007 12:26 (UTC +04:00)
Baş nazir: "Kaşaqan" yatağının işlənməsinin ləngiməsi Qazaxıstan üçün ciddi iqtisadi nəticələr doğura bilər

Qazaxıstan, Astana / Trend , müxbir V.Şərifov, K. Konırova/ Cümə axşamı Astanada Qazaxıstanın baş naziri Kərim Məsimovun verdiyi məlumata görə, "Kaşaqan" yatağının işlənməsinin ləngiməsi və layihənin dəyərinin iki dəfə artması Qazaxıstan üçün ciddi sosial-iqtisadi nəticələr doğura bilər.

Onun sözlərinə görə, ölkə hakimiyyəti bu yatağın işlənməsi ilə bağlı konsorsium ilə açıq dialoqa hazırdır.

"Kaşaqan" layihəsi ilə bağlı vəziyyəti təsadüfi bir hadisə hesab edirik" - deyə baş nazir bildirib.

Yataqda ilk neft hasilatının 2010-cu ildə həyata keçirilməsi planlaşdırılır. Neftin hir hissəsi "Bakı-Tbilisi-Ceyhan" neft kəməri ilə ixrac olunacaq.

Baş nazir bildirib ki, "KazMunayQaz" SC neft şirkəti "Kaşaqan" yatağının həmoperatoru olmaq niyyətindədir. Məsimov "KazMunayQaz"ın layihədə mümkün iştirakının neçə faiz olacağını açıqlamayıb.

Xəbər lenti

Xəbər lenti