...

"Alfa Bank"ın analitiki: " "Kaşaqan" yatağının işlənməsi ilə bağlı müqavilənin yenidən nəzərdən keçirilməsi Qazaxıstanda investorların maraqlarına ziyan vuracaq"

Energetika Materials 6 Sentyabr 2007 17:18 (UTC +04:00)
"Alfa Bank"ın analitiki: " "Kaşaqan" yatağının işlənməsi ilə bağlı müqavilənin yenidən nəzərdən keçirilməsi Qazaxıstanda investorların maraqlarına ziyan vuracaq"

Azərbaycan, Bakı / Trend , müxbir A.Bədəlova/ "Alfa Bank"ın vitse-prezidenti, bankın Qazaxıstanın maliyyə bazarında analitik araşdırmalar şöbəsinin direktoru, bankın neft-qaz məsələləri üzrə baş analitiki Dmitri Lukaşov hesab edir ki, "Kaşaqan" yatağının işlənməsi ilə bağlı müqavilənin yenidən nəzərdən keçirildiyi tədqirdə , Qazaxıstanda investorların maraqlarına ziyan dəyəcək.

""Kaşaqan" yatağının işlənməsi ilə bağlı müqavilənin yenidən nəzərdən keçirildiyi tədqirdə Qazaxıstanda potensial və faktiki investorların maraqlarına ziyan dəyəcək, müqavilə isə mütləq nəzərdən keçirləcək" - deyə analitik cümə axşamı telefonla bildirib.

Qazaxıstanın baş naziri Kərim Məsimov cümə axşamı bildirib ki, "KazMunayQaz" SC neft şirkəti "Kaşaqan" yatağının işlənməsi üzrə operatorlardan birinə çevrilmək niyyətindədir. Bundan əlavə, baş nazir bəyan edib ki, Qazaxıstan hökuməti "Kaşaqan" yatağı ətrafında yaranmış vəziyyəti təsadüfi hal hesab edir və bu problemin hansı yolla həll olunmasından asılı olmayaraq, Qazaxıstanın potensial və faktiki investorlarının qanuni maraqlarına ziyan dəyməyəcək.

Bir gün bundan öncə Qazaxıstanın maliyyə naziri Daulet Erqojin bəyan edib ki, Qazaxıstan yatağın işlənməsinin ləngiməsi səbəbindən, konsorsiumdan 10 mlrd. dollar məbləğində kompensasiya almaq niyyətindədir.

Yatağın işlənməsinin başlanacağı tarix 2008-ci ilin ikinci yarısından 2010-cu ilin ikinci yarısına keçirilib, xərclər isə 57 mlrd. dollardan 136 mlrd. dollara qədər artıb.

Xəbər lenti

Xəbər lenti