...

“NIKOIL Bank” tanınmış maliyyəçilərin iştirakı ilə “Sabahın Bankçılığı” forumunu keçirəcək

Maliyyə Materials 5 Aprel 2019 16:31 (UTC +04:00)
“NIKOIL Bank” 6 aprel tarixində Bakı Konqres Mərkəzində “Sabahın Bankçılığı” adlı forum keçirəcək.
“NIKOIL Bank” tanınmış maliyyəçilərin iştirakı ilə “Sabahın Bankçılığı” forumunu keçirəcək

Bakı. Trend:

“NIKOIL Bank” 6 aprel tarixində Bakı Konqres Mərkəzində “Sabahın Bankçılığı” adlı forum keçirəcək.

Bankdan Trend-ə verilən məlumata görə, tədbirdə ABŞ, Böyük Britaniya, Almaniya, Belorusiya və Gürcüstandan və beynəlxalq maliyyə təşkilatlarını təmsil edən dünyaca nüfuzlu maliyyəçilər və bankirlər çıxış edəcək.

Forumun əsas mövzusu maliyyə xidmətləri sektorunda baş verən beynəlxalq tendensiyaların müzakirəsidir.

Forum çıxışçıları aşağıdakı mövzular üzrə suallara cavab verəcəklər:

Sabahın bankçılığından nələr gözlənilir?
Rəqəmsal eranın əsas çənlikləri hansılardır, müəssisə və banklar onları necə həll edir?
Dünya maliyyə bazarlarında baş verən dəyişikliklər yerli bazarlara necə təsir edir?
Gələcəkdə müştəri təcrübəsi necə olacaq?

Tədbirin başlıca məqsədi “NIKOIL Bank”ın müştəriləri və tərəfdaşları üçün maliyyə xidmətləri sahəsində beynəlxalq təcrübə mübadiləsi etmək və dinamik dəyişilən xidmətlərə hazırlanmaqdır.

“NIKOIL Bank” Azərbaycanda əhali və müəssisələr üçün 25 ildir ki, xidmət göstərən maliyyə müəssisəsidir. Qabaqcıl beynəlxalq təcrübə əsasında dəyişilən və yenilənən bank ən yaxşı maliyyə xidmətləri əldə etmək istəyən hər kəsin bankına çevrilməyi hədəfləyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti