...

PAŞA Bank “STP Quality Award 2018” mükafatı ilə təltif olunub

Maliyyə Materials 15 Aprel 2019 18:53 (UTC +04:00)
Azərbaycanın aparıcı korporativ bankı PAŞA Bank Raiffeisen Bank International AG tərəfindən “STP Quality Award 2018” mükafatı ilə təltif olundu.
PAŞA Bank “STP Quality Award 2018” mükafatı ilə təltif olunub

Bakı. Trend:

Azərbaycanın aparıcı korporativ bankı PAŞA Bank Raiffeisen Bank International AG tərəfindən “STP Quality Award 2018” mükafatı ilə təltif olundu.

Bankdan Trend-ə verilən məlumata görə, bu nüfuzlu mükafatın verilməsi beynəlxalq ödənişlərin rəsmiləşdirilməsində keyfiyyətin Bank tərəfindən yüksək səviyyədə təmin olunmasının bir daha əyani sübutudur.

STP (Straight-Through Processing) sistemindən istifadə müvafiq standartların qorunması hesabına avtomatlaşdırılmış rejimdə ödənişlərin manual müdaxilə olmadan həyata keçirilməsində mühüm rol oynayır. PAŞA Bank müştəri məmnuniyyətinin artırılması istiqamətində daim yenilikçi təşəbbüslər irəli sürür və işgüzar proseslərin təkmilləşdirilməsində innovativ həllərdən istifadə edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti