...

Azərbaycan nefti bahalaşıb

Maliyyə Materials 26 Noyabr 2020 12:19 (UTC +04:00)
Azərbaycan nefti bahalaşıb

Bakı. Trend:

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti noyabrın 25-də 48,37 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,3 dollar/barel çoxdur.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 47,83 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,29 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 47,23 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,25 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 46,74 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0,04 dollar/barel azdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti