Bakı. Trend:
Portuqaliya səlahiyyətliləri Lissabon və Portu şəhərlərində investisiya qarşılığında oturum izni almağa imkan verən "qızıl" viza proqramının ləğvini təsdiqlədilər.
Trend TASS-a istinadən xəbər verir ki, bu barədə "Blumberq" agentliyi məlumat verib.
Dəyişikliklər 1 iyul 2021-ci il tarixindən etibarən qüvvəyə minəcək.
Bu qaydaların Portuqaliyanın bir sıra sahil bölgələrində də ləğv olunmayacağı qeyd olunur. Eyni zamanda, ölkənin mərkəzi hissəsində - Azor adaları və Madeyrada "qızıl" vizalar proqramı saxlanılacaq.
Xatırladaq ki, proqram Portuqaliya ərazisində daşınmaz əmlaka ən az 500 min avro investisiya yatıran xaricilərə oturum izni almasına imkan verir.