...

Azərbaycan nefti ucuzlaşıb

Maliyyə Materials 8 Aprel 2021 11:19 (UTC +04:00)
Azərbaycan nefti ucuzlaşıb

Bakı. Zeyni Cəfərov - Trend:

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti aprelin 7-də 61,63 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,35 dollar/barel azdır.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 60,9 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,26 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 58,36 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,18 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 61,03 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 1,34 dollar/barel azdır.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti