...

BVF Azərbaycanda neft və qeyri-neft ÜDM-in artımını proqnozlaşdırır

Maliyyə Materials 14 Aprel 2021 10:42 (UTC +04:00)
BVF Azərbaycanda neft və qeyri-neft ÜDM-in artımını proqnozlaşdırır

Bakı. Zeyni Cəfərov - Trend:

2021-ci ildə Azərbaycanda neft ümumi daxili məhsulunun (ÜDM) artımı 0,2 faiz təşkil edəcək.

Trend bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) Yaxın Şərq və Mərkəzi Asiya üzrə "Regional Economic Outlook" hesabatına istinadən məlumat verir.

2022-ci ildə də bu göstəricinin eyni səviyyədə qalacağı proqnozlaşdırılır.

Eyni zamanda BVF-nin proqnozlarına əsasən, Azərbaycanda 2021-ci ildə qeyri-neft ümumi daxili məhsulunun artımı 3,5 faiz, 2022-ci ildə isə 2,3 faiz təşkil edəcək.

BVF həmçinin bu il Azərbaycanda ÜDM-in 2,3 faiz səviyyəsində artımını proqnozlaşdırır.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti