...

ARDNF aktivlərinin neft qiymətləri ilə bağlı həcmi proqnozlaşdırılıb

Maliyyə Materials 9 Sentyabr 2021 20:43 (UTC +04:00)
ARDNF aktivlərinin neft qiymətləri ilə bağlı həcmi proqnozlaşdırılıb

Bakı. Zeyni Cəfərov - Trend:

2022-ci ildə neft qiymətlərinin 45 dollara/barelədək düşəcəyi təqdirdə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) aktivləri 41,1 milyard dollaradək azalacaq.

Trend-in məlumatına görə, bu barədə Maliyyə Nazirliyinin 2022-2025-ci illərdə büdcə xərcləri barədə proqnozunda deyilir.

Proqnozlara əsasən, neftin qiymətinin 25 dollaradək düşəcəyi təqdirdə isə Fondun aktivləri 37,9 milyard dollara qədər azala bilər.

2025-ci il üzrə bu rəqəmlərin neftin qiymətinin 45 dollar olacağı təqdirdə 39,2 milyard dollar, 25 dollar olacağı təqdirdə isə 26,1 milyard dollar olacağı proqnozlaşdırılır

Qeyd edək ki, 2020-ci ildə Azərbaycan Dövlət Neft Fondunun aktivləri 2019-cu illə müqayisədə 0,6 faiz artaraq 43,56 milyard dollar təşkil etmişdi.

İl Neftin bir barreli üçşün baza qiyməti Azərbaycan Dövlət Neft Fondunun aktivləri (milyard dollar)
2022 $45 41,1
$35 39,5
$25 37,9
2023 $45 40,3
$35 37,1
$25 33,8
2024 $45 39,7
$35 34,8
$25 29,9
2025 $45 39,2
$35 32,7
$25 26,1

Twitter: @jafarov_zeyni

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti