Bakı. Trend:
Türk lirəsinin məzənnəsi 1 dollar üçün 9,00 lirəyə düşərək 29 sentyabr tarixində qeydə alınan əvvəlki rekord minimumunu (8,95) keçib.
Trend-in məlumatına görə, bu barədə "Bloomberg" agentliyi xəbər verib.
Türkiyə milli valyutasının zəifləməsi ötən payızdan bəri davam edir.