...

Muğanbankdan mənzil təminatlı nağd kredit

Maliyyə Materials 15 Fevral 2022 10:32 (UTC +04:00)
Muğanbankdan mənzil təminatlı nağd kredit

Bakı. Trend:

“Muğanbank” ASC daşınmaz əmlakı girov qoymaqla nağd pul krediti təklif edir. Artıq mənzili (1980-ci ildən sonra tikilən) girov qoymaqla bankdan kredit almaq mümkündür.

Şərtlərə görə kreditin minimal məbləği 10 000 manat, maksimal məbləğ isə 100 000 manat təşkil edir. Kredit güzəşt müddəti 3 ay olmaqla, maksimum 48 ay müddətinə verilir, illik faiz dərəcəsi isə minimum 18%-dən başlayır. Mənzil təminatlı nağd kreditini “Muğanbank” ASC-nin ölkə ərazisində olan bütün filiallarında rəsmiləşdirmək mümkündür.

Ətraflı məlumatı (012) 933 nömrəli telefondan, “Muğanbank” ASC-nin saytından (https://www.muganbank.az), bankın Facebook və Instagram səhifələrindən əldə etmək mümkündür.

Azərbaycan maliyyə-bank sektorunun tanınmış qurumlarından biri olan
"Muğanbank" ASC 1992-ci ildə fəaliyyətə başlamışdır. Hal-hazırda Bankın ölkə ərazisində 22 filialı və 10 şöbəsi, həmçinin Moskva şəhərindəki nümayəndəliyi hər növ bank məhsulları üzrə keyfiyyətli xidmət göstərir. "Muğanbank" ASC ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID), ICBC Bank - Industrial and Commercial Bank of China təşəbbüsü ilə yaradılan “Belt and Road Bankers Roundtable Mechanism” (BRBR - “Bir Kəmər-Bir Yol” Banklarının Dəyirmi Masası), Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), Beynəlxalq Maliyyə Korporasiyası (IFC), ABŞ-ın WorldBusiness Capital (WBC) investisiya fondu, Xarici Özəl İnvestisiyalar Korporasiyası (OPIC), Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD), İnkişaf üçün Yaşıl Fond (GGF), Cənub-Şərqi Avropa üzrə Avropa Fondu (EFSE), Almaniya Əmanət Banklarının Beynəlxalq Əməkdaşlıq Fondu (SBFIC) kimi beynəlxalq iqtisadi qurumlarla əməkdaşlıq edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti