...

BVF Ukraynaya 1,4 milyard dollar ayıracaq

Maliyyə Materials 10 Mart 2022 05:30 (UTC +04:00)
BVF Ukraynaya 1,4 milyard dollar ayıracaq

Bakı. Trend:

Beynəlxalq Valyuta Fondunun (BVF) İcraçı Direktorlar Şurası Ukraynaya Rapid Financing Instrument (RFI) fövqəladə dəstək proqramı çərçivəsində 1,4 milyard dollar məbləğində əlavə maliyyə vəsaitinin ayrılması qərarını təsdiqləyib.

Trend xəbər verir ki, bu barədə Ukrayna Milli Bankının mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, RFI proqramı çərçivəsində alınan vəsaitlər dövlət büdcəsinin prioritet xərclərinin maliyyələşdirilməsinə və Ukraynanın tədiyə balansını qorunmasına kömək edəcək.

"Müraciətimizə çevik reaksiya verdiyinə görə Fonda minnətdarlığımızı bildirir və vəsaitin qəbulu ilə bağlı bütün prosedurların tezliklə başa çatacağına ümid edirik. Ölkəmiz üçün belə çətin bir zamanda beynəlxalq tərəfdaşların təcili dəstəyi son dərəcə vacibdir”, - Ukrayna Milli Bankının başçısı Kiril Şevçenko vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti