...

Bitkoinin qiyməti bu ay ilk dəfə 22 min dolları keçib

Maliyyə Materials 19 İyul 2022 02:35 (UTC +04:00)
Bitkoinin qiyməti bu ay ilk dəfə 22 min dolları keçib

Bakı. Trend:

Dünyanın ən məşhur kriptovalyutası olan bitkoinin qiyməti qlobal fond bazarlarının böyüməsi ilə əlaqədar iyunun ortalarından bəri ilk dəfə 22 min dolları ötüb.

Trend xəbər verir ki, Kraken birjasının məlumatlarına əsasən, bitkoinin qiyməti 5,8 faiz artıb və 22,147 min dollar təşkil edib.

"Etherium" kriptovalyutasının qiyməti isə 11,3 faiz artaraq 1 496 dollara çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti