...

Muğanbankdan yeni biznes kredit məhsulu - Sifarişlərin maliyyələşdirilməsi

Maliyyə Materials 14 Oktyabr 2022 13:20 (UTC +04:00)
Muğanbankdan yeni biznes kredit məhsulu - Sifarişlərin maliyyələşdirilməsi

Bakı. Trend:

Kiçik və Orta sahibkarları düşünərək biznesin daim inkişafda qalması və bu istiqamətdə onlara maliyyə dəstəyinin göstərilməsi məqsədilə Muğanbank yeni biznes kredit məhsulu – Sifarişlərin maliyyələşdirilməsini təqdim edir.

Ölkə ərazisində sahibkarlıq fəaliyyəti ilə məşğul olan, alıcıları ilə rəsmi müqavilə əsasında mal və xidmətlər satan hüquqi və sahibkar fiziki şəxslər müqavilə, xidmət və ya sifariş orderinə əsasən alınmış sifarişlərin icra edilməsi məqsədi ilə yaranmış zəruri maliyyələşmə üçün müraciət edə bilərlər. Sifarişlərin maliyyələşdirilməsi satıcı və alıcı arasında yaranan maliyyə öhdəliklərinin və pul axınının dayanmamasına və biznesin sürətlə inkişafına kömək edir.

Kreditin əsas üstünlükləri və şərtləri aşağıdakılardır:

Maliyyələşdirilmə limiti: 30 000 AZN – 1 000 000 AZN

Güzəşt müddəti: 5 ay

İllik faiz dərəcəsi: 30 000 - 250 000 AZN -dək 14 - 16%

250 000 - 1 000 000 AZN-dək 12 - 14%

Müddət: 6 ayadək

Tələb olunan sənədlər və digər şərtlər barədə daha ətraflı məlumatı bu linkə keçid etməklə əldə edə bilərsiniz-Link

"Muğanbank" ASC 1992-ci ildə fəaliyyətə başlamışdır. Hal-hazırda Bankın ölkə ərazisində 22 filialı və 10 şöbəsi keyfiyyətli xidmət göstərir. Muğanbankın xidmət və məhsulları haqqında ətraflı məlumat almaq 933 Məlumat Mərkəzi və ya www.muganbank.az saytı vasitəsilə mümkündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti