...

Azərbaycan nefti iki dollardan çox bahalaşıb

Maliyyə Materials 12 Noyabr 2022 09:33 (UTC +04:00)
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti noyabrın 11-də 98,47 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,87 dollar/barel çoxdur.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 96,29 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,51 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 66,6 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstərici ilə müqayisədə 2,31 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 96,78 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 2,22 dollar/barel çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti