...

Ötən il bank sektorunun aktivləri 22 faizdən çox artıb - Toğrul Əliyev

Maliyyə Materials 1 Fevral 2023 10:59 (UTC +04:00)
Ötən il bank sektorunun aktivləri 22 faizdən çox artıb - Toğrul Əliyev
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Ötən il bank sektorunun aktivləri 22,3% artaraq 47 mlrd manata çatıb.

Trend-in məlumatına görə, bunu bu gün Arobiznesin İnkişafı Forumunda Azərbaycan Mərkəzi Bankının Baş direktoru Toğrul Əliyev deyib.

T.Əliyevin sözlərinə görə, bank sektorunun likvidlik göstəricisi AMB-nin tələbini 2 dəfə üstələyib:

"Analoji olaraq depozit portfelində də artım olub. Belə ki, fiziki şəxslərin əmanət portfeli 27%, hüquqi şəxslərdə isə 24 % yüksəlib. Əlavə olaraq qeyd edim ki, ötən il ərzində bankların kredit portfeli də 17,6% artıb və 19,6 mlrd manata çatıb. Bu portfelin 55,4%-i biznes kreditləri təşkil edir ki, ötən bu portfeldə artım 11% artım deməkdir. Hazırda 11 mlrd manat təşkil edir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti