...

“PASHA Private Banking” dollar depozitlərində yüksək gəlirlilik təklif edir

Maliyyə Materials 2 May 2023 12:58 (UTC +04:00)
“PASHA Private Banking” dollar depozitlərində yüksək gəlirlilik təklif edir

Bakı. Trend:

Ölkənin aparıcı korporativ maliyyə institutu olan “PAŞA Bank”ın yüksək gəlirli şəxslər üçün xidmət göstərən “PASHA Private Banking” departamenti dollar depozitlərində xüsusi təklif irəli sürür.

Belə ki, 100 000 ABŞ dollarından başlayan məbləğdə depozit yerləşdirdikdə, müddətdən və məbləğdən asılı olaraq illik 1.5%-dək gəlirlilik əldə etmək, eyni zamanda “PASHA Private Banking” tərəfindən təqdim olunan bir sıra üstünlüklərdən yararlanmaq mümkündür. Vurğulayaq ki, "PAŞA Bank", ölkənin aparıcı maliyyə qurumları arasında qeyd olunan gəlirlilik faizini təklif edən yeganə bankdır.

"PAŞA Bank"da minimal 100 000 ABŞ dolları məbləğində depozit yerləşdirən şəxslər birbaşa “PASHA Private Banking” müştəriləri hesab edilir. Beləliklə də, həmin müştərilərə “PASHA Private Banking” tərəfindən təqdim olunan bütün xüsusi üstünlüklərdən və imtiyazlardan yararlanmaq imkanı verilir. “PASHA Private Banking”in təqdim etdiyi xidmət və məhsullar müştərilərin həyatını asanlaşdırmağa, ən əsası isə sərvətləri üçün yeni üfüqləri kəşf etməyə kömək edir.

“PASHA Private Banking”in xidmətlərinə müştəriləri fərqli hiss etdirəcək fərdi yanaşma, bütün bank proseslərini idarə edəcək şəxsi müştəri meneceri, peşəkar maliyyə komandasından investisiyalar üzrə məsləhət xidməti, böyük partnyor şəbəkəsindən eksklüziv təkliflər, həmçinin bir sıra bank xidmətlərində endirimli və ya ödənişsiz təkliflər də daxildir.

Müştərilər Bankda depozit yerləşdirməklə mövcud hesablarını “PASHA Private Banking”ə keçirə, hesabları olmadığı təqdirdə isə yeni premium-sinif hesab aça bilərlər. Depozit məbləğindən asılı olaraq müştərilərə depozit qutuları da təqdim olunur.

Qeyd edək ki, 2011-ci ildə fəaliyyətə başlayan “PASHA Private Banking” Azərbaycan bazarında yüksək gəlirli şəxslər üçün xidmət göstərən ilk qurumdur. “PAŞA Bank” son illər ərzində bir sıra nüfuzlu beynəlxalq mükafatlar çərçivəsində “Ən yaxşı Private Banking xidmətləri təqdim edən bank”, “Ən yaxşı investisiya bankı”, “Ən yaxşı bank qrupu” nominasiyalarında fərqləndirilib.

“PASHA Private Banking” müştərisi olmaq və yüksək gəlirli müştərilər üçün nəzərdə tutulan bütün xidmətlərdən, məhsullardan və xüsusi üstünlüklərdən yararlanmaq üçün https://pashaprivate.az veb-saytına keçid edə və ya *1230 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti