...

Milli valyutada sukuk sabit maliyyələşməyə və investorların cəlb olunmasına aparan yoldur - IsDB

Maliyyə Materials 21 May 2025 17:34 (UTC +04:00)
Milli valyutada sukuk sabit maliyyələşməyə və investorların cəlb olunmasına aparan yoldur - IsDB
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Əlcəzair. Trend:

Milli valyutada buraxılan sukuklar likvidliyin idarə olunmasında, inflyasiyaya nəzarətdə mühüm rol oynayır, habelə daxili, həm də beynəlxalq investorların cəlb olunmasına şərait yaradır.

Trend-in xüsusi müxbiri xəbər verir ki, bunu İslam İnkişaf Bankının xəzinədarı Məhəmməd Şəraf Əlcəzairdə IsDB Qrupunun illik toplantısı çərçivəsində keçirilən "Dövlət sukukları: milli maliyyələşmənin strateji aləti" mövzusunda panel müzakirəsi zamanı deyib.

“Adətən, istənilən buraxılış milli valyutada olan sukukdan başlayır və bunun bir çox səbəbi var. Belə buraxılış ölkədaxili likvidliyin udulmasına və inflyasiyanın idarə olunmasına kömək edir, eyni zamanda, İslam banklarına likvidlik və aktiv dövriyyəsini idarə etməkdə dəstək verir”, - deyə o bildirib.

“Ölkələr hətta milli valyutada olan buraxılışlar vasitəsilə belə beynəlxalq investorları cəlb edə bilərlər. Bunun üstünlüyü ondan ibarətdir ki, faiz dərəcələri tənzimlənir və investor emitent ölkə ilə digər inkişaf etməkdə olan ölkələr arasında faiz fərqinin olub-olmadığını qiymətləndirir. Bir çox dövlətlər, məsələn, İndoneziya və Malayziya məhz milli valyutada buraxılışdan başlayıblar və bu bəzən beynəlxalq buraxılışlara nisbətən üstünlük təşkil edir", - o əlavə edib.

Ekspert vurğulayıb ki, “vacib olan bu emissiyaların daxili ekosistemin qurulmasına yönəlib-yönəlmədiyini, yoxsa investor bazasının şaxələndirilməsinə xidmət edib-etmədiyini anlamaqdır. Likvidliyin əhəmiyyətli hissəsi pərakəndə (retail) investorların əlində cəmlənib və hətta alətlər qlobal cənubda institusional investorlar üçün nəzərdə tutulduqda belə, dövlət büdcəsinin maliyyələşməsinin əhəmiyyətli hissəsi cənubun islam ölkələrindəki yüksək likvidliyin absorbsiyası hesabına baş verir. Adətən, bu vəsaitlər ölkə xaricində yerləşdirilir və dövlət, əslində, həmin vəsaiti geri qaytarır”.

“Hesab edirəm ki, əgər sukukla bağlı bir təcrübəyə start veriləcəksə, bu, məhz milli valyuta ilə başlamalıdır. Milli valyutada gəlir əyrisinin (yield curve) qurulması düzgün yanaşmadır, çünki onun formalaşması mühüm rol oynayır”,- deyə ekspert bildirib.

Şəraf, eyni zamanda, bazis aktivlərin əhəmiyyətini də vurğulayıb: “Sukuk bazarı real iqtisadiyyatla sıx əlaqəlidir — bu da onun əsas üstünlüyüdür. Uğurlu emissiya üçün ölkə iqtisadiyyatı ilə bağlı real aktivlərin mövcudluğu son dərəcə vacibdir. Beynəlxalq bazara çıxmazdan əvvəl emitent daxili bazarda baza yaratmalı, ilk emissiyaları öz aktivlərinə əsaslanaraq həyata keçirməli və maliyyələşdirmə modelini sınaqdan keçirməlidir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti