Bakı. Trend:
“ACWA Power” şirkəti tərəfindən Azərbaycana gətirilən yeni nəsil külək turbinlərinin ilk komponentləri Bakı Gəmiqayırma Zavoduna çatdırılıb.
Trend xəbər verir ki, bu barədə Bakı Gəmiqayırma Zavoduna istinadən məlumat yayıb.
Bildirilib ki, külək turbinlərinin komponentləri Bakı Gəmiqayırma Zavodunun müvəqqəti anbar ərazisinə boşaldılaraq, növbəti mərhələdə Azərbaycanda inşa ediləcək 240 MVt gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyasına quraşdırılma üçün daşınıb tədarük olunacaq.