...

Muxtar Babayev fransalı nazirlə COP29 Tədbirlər Planını müzakirə edib (FOTO)

Yaşıl iqtisadiyyat Materials 11 Oktyabr 2024 16:52 (UTC +04:00)
Muxtar Babayev fransalı nazirlə COP29 Tədbirlər Planını müzakirə edib (FOTO)
Əli Qasımov
Əli Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

COP29-un müəyyən edilmiş Prezidenti, Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Azərbaycanda səfərdə olan Fransanın energetika naziri Olqa Jiverne ilə görüşüb.

Trend xəbər verir ki, bu barədə COP29 prezidentliyinin "X" sosial şəbəkəsindəki rəsmi hesabında bildirilib.

"COP29-un müəyyən edilmiş Prezidenti Muxtar Babayev bu gün Fransanın energetika naziri Olqa Jiverne ilə görüşüb. Görüşdə yaşıl enerji və enerjinin saxlanması istiqamətində irəliləyişin COP29 Tədbirlər Planının əsas elementləri olduğu vurğulanıb.", - deyə paylaşımda bildirilir.

Xatırladaq ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası bu ilin noyabrında Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar ötən il dekabrın 11-də Dubayda keçirilən COP28 plenar iclasında qəbul edilib. İki həftə ərzində dünyanın mərkəzinə çevrilən Bakı 70-80 minə yaxın xarici qonaq qəbul edəcək.

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası 1992-ci ilin iyununda Rio-de-Janeyroda keçirilən Yer Sammitində insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq üçün imzalanmış sazişdir. "COP" (Conference of Parties) abbreviaturası İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icrasına nəzarət edən ən yüksək qanunverici orqan olan "Tərəflərin Konfransı" mənasını verir.

Konvensiyada 198 ölkə iştirak edir. Tərəflər başqa cür razılaşmırsa, COP hər il keçirilir. İlk COP tədbiri 1995-ci ilin martında Berlində baş tutdu və onun katibliyi Bonnda yerləşir.

Xəbər lenti

Xəbər lenti