Bakı.Trend:
Biz bu gün qlobal miqyasda milyonlarla insana təsir edən üç əsas problemi –kənd təsərrüfatının davamlılığı, su idarəçiliyini və ərzaq təhlükəsizliyi müzakirə etmək üçün buradayıq.
Trend xəbər verir ki, bunu COP29 tədbirində QHT-lərin İqlim Böhranında Gücləndirilməsi Paneli: Kənd Təsərrüfatının Davamlılığı, Su İdarəçiliyi və Ərzaq Təhlükəsizliyində Birgə Yanaşmalar panelində Beynəlxalq Avrasiya Mətbuat Fondununun prezidenti Umud Mirzəyev deyib.
O qeyd edib ki, statistikalar göstərir ki, dünya əhalisinin 10%-i aclıq çəkir, kənd təsərrüfatı torpaqlarının 30%-i isə deqradasiyaya uğrayıb.
“İqlim dəyişikliyi nəticəsində bu problemlər daha da aktuallaşır. Su isə ərzaq istehsalında və kənd təsərrüfatında mühüm əhəmiyyət kəsb edən, lakin qıtlığı sürətlə artan əsas resurslardan biridir. Bu vəziyyətdə, dayanıqlı həllər tapmaq hər birimizin borcudur.
Bu çətinliklər fonunda, QHT-lər qlobal strategiyaları yerli reallıqlara uyğunlaşdırmaq və icmalarla birbaşa əməkdaşlıq edərək davamlı kənd təsərrüfatı və təbii resursların qorunmasına yönəlik layihələr həyata keçirmək kimi mühüm missiyanı üzərlərinə götürürlər.
Xüsusilə, münaqişə sonrası ərazilərdə QHT-lər həm ekoloji, həm də humanitar sahələrdə misilsiz işlər görürlər. Onlar minalardan təmizlənmiş torpaqları yenidən məhsuldar ərazilərə çevirərək, icmalar üçün yeni həyat və iqtisadi inkişaf imkanları yaradırlar.
Bildirmək istərdim ki, bir QHT olaraq, biz də cəmiyyətlər və gələcək nəsillər üçün daha təhlükəsiz və çiçəklənən bilən bir dünya yaratmaq məqsədinə sadiq qalaraq davamlı addımlar atmaqdayıq.
Qeyd etmək istərdim ki, 2013-cü ildən etibarən BAMF BMT-nin Ətraf Mühiti üzrə Proqramının Əsas Qrup və İştirakçılarının Assambleyasına üzv qəbul edilmişdir. Daha sonra davamlı inkşaf hədəflərinin konturlarını müəyyən edən “Davamlı inkşaf və yaşıl iqtisadiyyat” mövzusunda beynəlxalq tədbirin keçirilməsi və “Bakı deklarasiyası” nın hazırlanması ilə post Sovet məkanında ilkə imza atmışdır. Fəaliyyəti müddətində BAMF BMT-nin ofisində və digər ölkərədə bir sıra ekologiya ilə bağlı tədbirlər keçirib.
Buna misal olaraq 2018-ci ildə Braziliyada keçirilən Dünya Su Şurasının təşkil etdiyi Səkkizinci Dünya Su Forumu çərçivəsində, BAMF tərəfindən istehsal olunan "Su-müharibə maşını" adlı sənədli film nümayiş etdirilib. Bu film, Azərbaycanın Qarabağ ərazisinin işğalı zamanı Tərtər rayonu ərazilərindəki su ehtiyatlarına vurulan zərər və həmin ərazilərdə su mənbələrinin qorunmasının əhəmiyyətini ön plana çəkib.
Qeyd etmək istərdim ki, artıq 25 ilə yaxındır ki, BAMF Azərbaycan ərazilərində mina təhlükəsinə qarşı mübarizə proqramların da da iştirak edərək, gələcək nəsillər üçün daha təhlükəsiz və daha firavan bir dünya qurmaq məqsədinə sadiqdir. Bu gün burada toplanaraq, bu təşəbbüslərə olan sadiqliyimizi bir daha təsdiqləyirik. Gələcəkdə bu təşəbbüsləri daha da genişləndirərək, iqlim böhranının ön cəbhəsində dayanan Vətədaş Cəmiyyətinin mühüm seqmenti olan icmalar üçün davamlılıq və gücləndirici yollar yaratmaqda davam edəcəyik”,- deyə o qeyd edib.