...

COP for Hope: COP29 çərçivəsində keçirilən tədbirlər çox məlumatlandırıcıdır - Uitni Melinard

Yaşıl iqtisadiyyat Materials 11 Noyabr 2024 17:01 (UTC +04:00)
COP for Hope: COP29 çərçivəsində keçirilən tədbirlər çox məlumatlandırıcıdır - Uitni Melinard
Aydan Ələsgərli
Aydan Ələsgərli
Bütün xəbərlər

Bakı. Trend:

COP29 çərçivəsində Trend BİA “COP for Hope” adlı xüsusi layihəni təqdim edir. Bu layihə iqlim dəyişikliyi ilə mübarizədə vahid məqsəd uğrunda birləşmiş dünya liderlərinin, ölkə rəhbərlərinin və müxtəlif sahələrdə – siyasət, iqtisadiyyat, elm və ekologiyada öncül şəxslərin fikirlərini dinləmək üçün unikal imkan yaradır.

Budəfəki müsahibimiz Şərqi Karib hövzəsi xalqlarının hüquq müdafiəçisi Uitni Melinarddır.

O Trend-ə açıqlamasında bildirib ki, COP29 çərçivəsində keçirilən tədbirlər çox məlumatlandırıcıdır.

"Mən COP29 çərçivəsində bir çox tədbirlərdə olmuşam və onlar həqiqətən məlumatlandırıcıdırlar. Digərlərini səbirsizliklə gözləyirəm. Bu gün mən də birində iştirak etdim. Bu, mənim üçün yeni bir təcrübə idi", - o deyib.

Uitni Melinard qeyd edib ki, həmçinin Mavi zonada olub, nümayəndəliklərin pavilyonlarını araşdırıb və onların hamısının təsir edici göründüyünü vurğulayıb.

"Ümid edirəm ki, daha çox yeni şey öyrənəcəyəm və növbəti bir neçə günü səbirsizliklə gözləyirəm. Ümid edirəm ki, kiçik ada dövlətləri, Karib hövzəsi ölkələri və yerli xalqlar iqlim problemlərinin maliyyələşdirilməsində uğurlar qazanacaqlar", - o əlavə edib.

Qeyd edək ki, bu gün BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı baş tutub. Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunacaq.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti