...

"Azercell" altı ölkənin mobil operatorlari ilə beynəlxalq MMS rouminq –razılaşma imzalayıb

Telekommunikasiya Materials 15 Noyabr 2007 20:25 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend / "Azercell" altı ölkənin mobil operatorlari ilə beynəlxalq MMS rouminq xidmətini istifadəyə verib. Şirkətin mətbuat xidmətindən verilən məlumata görə, bu dəfə operator, Bolqarıstanın "Globul",Çexiyanın"O2",Səudiyyə Ərəbistanının"Mobily",Almaniyanın"O2",Avstriyanın"One"və Ukraynanın"Kyivstar"mobil rabitə şirkəti ilə 6 Beynəlxalq MMS xidmətini  istifadəyə verib. "Azercell Telekom" BM, 2007-ci ilin aprelində Azərbaycanda ilk dəfə olaraq, beynəlxalq MMS rouminq xidmətini istifadəyə verib.

Xatırladaq ki, ölkəmizin aparıcı mobil operatoru, indiyədək 50 ölkənin 104 operatoru ilə GPRS/MMS müqaviləsi imzalayıb. Amma Beynəlxalq MMS rouminq xidməti GPRS/MMS rouminq xidmətindən imkanlarına görə fərqlənir. Belə ki, indiyə kimi istifadədə olan GPRS/MMS rouminq xidməti vasitəsilə xarici ölkədə olan abonent yalnız digər "Azercell" abonentləri ilə MMS mübadiləsi aparmaq və GPRS-dən istifadə etmək imkanlarını əldə edirdi. Adıçəkilən xidmət isə, "Azercell" abonentlərinə yalnız şəbəkə daxilində deyil, həm də müqavilə imzaladığı operatorun abonentləri ilə MMS mübadiləsi aparmağa imkan verir.

Hazırda, "Azercell" abonentləri İsveçin "TeliaSonera",Gürcüstanın"Geocell'', Moldovanın "Moldcell", Avstraliyanın"Telstra" və Türkiyənin "Turkcell" abonentləri ilə də MMS mübadiləsi aparmaq imkanına malikdirlər.

"Azərcell Telecom"un abunəçilərinin sayı 2,8 mln.-dan çoxdur. "AzərcellTelecom" BM 1996-cı il yanvarın 19-u təsis edilib. Şirkət fəaliyyətə həmin ilin dekabrın 15-i əhaliyə sonrdan ödəmə xidmətləri təqdim etməklə başlayıb. "AzərcellTelecom" Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (35,7%) və Fintur Holdings BV-in (64,3%) birgə müəssisəsidir. Fintur Holdings BV-in səhmlərinin 58,55%-i "TeliaSonera", 41,45%-i isə "Turkcell" şirkətlərinə məxsusdur.

Xəbər lenti

Xəbər lenti