...

Azərbaycan informasiya axını üzrə dəhlizə çevriləcək - prezident İlham Əliyev

Telekommunikasiya Materials 21 Noyabr 2007 12:47 (UTC +04:00)
Azərbaycan informasiya axını üzrə dəhlizə çevriləcək - prezident İlham Əliyev

Azərbaycan, Bakı / Trend müxbir S.Babayeva/ Azərbaycan yaxın gələcəkdə hazırda nəqliyyat sahəsində olduğu kimi, informasiya axını üzrə dəhlizə çevriləcək. Bu barədə çərşənbə günü Bakıda Azərbaycan prezidenti İlham Əliyevin "Telekommunikasiya və informasiya texnologiyaları" - BakuTel -2007 13-cü beynəlxalq sərgi-konfransının açılışında oxunan müraciətində bildirilir.

Prezident Əliyevin sərgi iştirakçılarına müraciətini Prezidentin İcra Aparatının humanitar şöbəsinin rəhbəri Fatma Abdullazadə oxuyub.

Prezidentin sözlərinə görə, əsas məqsəd Azərbaycanda informasiya texnologiyalarının inkişafıdır.

"Biz inanırıq ki, bizim İT sahəsində insan potensialının inkişafına istiqamətlənən strategiyamız Azərbaycanda informasiya cəmiyyətinin yardılmasını sürətləndirəcək" - deyə prezidentin müraciətində bildirilir.

BakuTel -2007 iştirakçılarının 30 faizə qədəri Azərbaycan şirkətləridir. Ötən ilə nisbətdə ekspozisiya sahəsini 15 faiz genişləndirən BakuTel -2007-də bu il ümumilikdə 25 ölkədən 142 şirkət iştirak edir . Builki sərgidə iştirak edən şirkətlərin 27 faizi bazara ilk dəfədir çıxır.

Sərgi çərçivəsində Azərbaycanda texnopark layihəsinin reallaşdırılması prosesinin sürətləndirilməsinə istiqamətlənən "Regional innovasiya zonaları: problemlər və həlli yolları" konfransı keçiriləcək.

Xəbər lenti

Xəbər lenti