...

JP Morgan İpoteka böhranı nəticəsində itkiləri 260 mlrd. dollar qiymətləndirib

Telekommunikasiya Materials 28 Noyabr 2007 17:40 (UTC +04:00)
JP Morgan İpoteka böhranı nəticəsində itkiləri 260 mlrd. dollar qiymətləndirib

Azərbaycan, Bakı / Trend / Dünyanın nəhəng investisiya banklarından biri JP Morgan ABŞ - dakı böhranla əlaqədar olaraq, qiymətli İpoteka kağızları bazarında yekun itkilərin 260 mlrd. ABŞ dolları təşkil edəcəyini gözləyir. Bu barədə Reuters Agentliyi xəbər verib. İqtisadçıların rəyinə əsasən, bu ilin oktyabrından maliyyə təşkilatlarının itkiləri 400 mlrd. dollar təşkil edəcək. Həmçinin, Amerika daşınmaz əmlakının dəyərinin ümumi olaraq 2 trilyondan 4 trilyona qədər itki verməsi gözlənilir. Amerika mənzil bazarının borc götürənlər tərəfindən ipoteka kreditləri üzrə ödəməmələrin artmasının yaratdığı böhran öz ardınca ölkə banklarının çoxmilyardlı itkilər verməsinə səbəb oldu. Belə ki, Merrill Lynch ümumilikdə - 8.4 mlrd. , Citigroup - 6.5 mlrd. , Morgan Stanley isə - 3.7 mlrd dollar itki verib. Bundan əlavə, böhrana görə böyük maliyyə institutları öz menecerlərini işdən çıxarmağa məcbur olublar. Citigrop - un, Merrill Lynch - in və Bear Strearns - ın bəzi departamentlərinin rəhbərləri də öz vəzifələrindən gediblər.

Xəbər lenti

Xəbər lenti