...

Azərbaycanda İnternetə çıxış xidmətinin 2008-ci ildə inkişafı -ekspertlərin rəyi

Telekommunikasiya Materials 8 Dekabr 2007 11:44 (UTC +04:00)
Azərbaycanda İnternetə çıxış xidmətinin 2008-ci ildə inkişafı -ekspertlərin rəyi

Azəbaycan, Bakı/ Trend müxbir S.Babayeva/ Azərbaycanın İnternet istifadəçilərinin əksəriyyəti şəbəkəyə 56 kbit/s sürətilə qoşulur. Bir çox provayderlər ADSL və ayrılmış İnternet xətləri təklif etsələr də, digərləri ilə müqayisədə bu xidmətlərin qiyməi çox bahadır. Azərbaycan Rabitə Nazirliyinin məlumatına görə, son dörd ildə Azərbaycanda İnternet tarifləri yeddi dəfə azaldılıb və nəticədə göndərilən İnternet trafik 25, daxil olan 17 dəfə artıb. Trend ın sorğusunda iştirak edən ekspertlər 2008-ci ildə İnterntə çıxış xidmətinin inkişafı barədə öz fikirlərini bildiriblər:

Azərbaycan İnternet Cəmiyyətinin rəhbəri, "Azerin" şirkətinin baş direktoru Qalib Qurbanov:

Mən 2008-ci ildə Azərbaycanda İnternet sahəsində yeni keyfiyyətli inkişaf gözləyirəm. Bu şəbəkəyə qoşulmaq üçün genişxəttli çıxışın tətbiqi ilə əlaqədar olacaq. Hazırda bu sahədə hazırlıq işləri görülür. Bir çox porvayderlər onlara ADSL əsasında xidmət göstərməyə imkan verən avadanlıqlar quraşdırıblar. Əlbəttə, "Delta Telecom" tərəfindən İnternet xətləri üçün qiymətlərin azaldılmasını qeyd etmək lazımdır. Mənim fikrimcə, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi İnternet provayderlərinin istifadə etdikləri xidmətlərin tariflərini azaltmalıdır. Xidmət keyfiyyətinin əhəmiyyətli inkişafı gözlənilir. Bir çox nazirliklərin və idarələrin öz İnternet-saytları var. Hazırda söhbət müəssisələrdən, ticarət şirkətlərindən, əyləncə obeyktlərindən, məsafəli təhsil xidmətinin inkişafından, təşkilatlar üçün yerli şəbəkələrin yaradılmasından gedə bilər. Bütün bunlar İnternet-sferanın inkişafına gətirib çıxarmalıdır.

İnternet-forum və mərkəzi "Multimedia" QHT-nin rəhbəri Osman Gündüz:

Mən növbəti ildə Azərbaycanda İnternetin keyfiyyətinin yaxşılaşdırılmasını və qiymətlərin endirilməsini gözləyirəm. Bu gün bizdə sıfır keyfiyyətli İnternetlə aşağı qiymələr var. Lakin nəhayət bu sahədə monopoliyanı aradan qaldırmaq mümkün olacaq. Ölkəmizdə 30-40 provayder olmasına baxmayaraq, qlobal şəbəkəyə qoşulmaqda monopoliya var. Bu problemin həlli Azərbaycanın İnternet-bazarında azad rəqabət yarada bilər.

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Informasiya Cəmiyyətinin Inkişafı şöbəsinin müdiri Rüfət Gülməmmədov:

Hazırda bizim əsas məqsədimiz ölkədə qlobal şəbəkənin populyarlığını artırmaq məqsədilə adi istifadəçilər üçün İnternet ximdətinin qiymətini azaltmaqdır. Genişxəttli İnternet abonentlərinin sayını artırmaq bizim üçün əsas məqsəddir. Bu sahədə tam kompleks işlər görülüb. Birinci növbədə ölkə əhalisinin kompyüterləşməsi genişləndirilib. Bu sahədə reallaşdırılmasına 2008-ci ildə başlanması planlaşdırılan xüsusi "Xalq Kompyüteri" layihəsi var. İnternetin inkişafı üçün yaxşı infrastruktura malik olmaq və ölkə əhalisinin İnternetə çıxışını genişləndirmək lazımdır. Yalnız bundan sonra bizim cəhdlərimiz uğurla nəticələnə bilər.

Xəbər lenti

Xəbər lenti