...

Azercell Bakı müştərilərinə xidmət edən mərkəzlərindən birinin işini bərpa edib

Telekommunikasiya Materials 19 Dekabr 2007 17:09 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend / Azərbaycanın 2,8 milyondan çox abunçiyə malik olan Azercell mobil rabitə operatoru paytaxtın Fontanlar meydanı, Zeynalabdin Tağıyev küçəsi, 18 ünvanında yerləşən və paytaxt əhalisinə xidmət göstərən iri xidmət mərkəzlərindən birinin işini bərpa edib. Bu barədə çərşənbə günü şirkətdən verilən məlumatda bildirilir.

"Bura Azercell abunəçilərinin müraciət etdiyi ən populyar mərkəzdir" - deyə şirkətdən bildiriblər.

"Azercell Telecom"un Bakıda üç, regionlarda səkkiz müştəri xidmət mərkəzi və Smart Solutions ofisləri var. Bununla yanaşı, bütün ölkə üzrə 11 Azercell Express ofisi fəaliyyət göstərir.

Xəbər lenti

Xəbər lenti