...

"Aztelekom" Azərbaycanın təxminən 10 bölgəsində yeni ATS istismara verəcək

Telekommunikasiya Materials 13 Mart 2008 12:48 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 mart / Trend / Rabitə və İnforamasiya Texnologiyaları Nazirliyinin "Aztelekom" İB martın 20-21-də Novruz bayramı münasibətilə yeni obyektlər istismara verəcək.

Şirkətin məlumatına görə, Balakən rayonunda (Qəzbin k.) -512/60, Biləsuvar rayonunda (Xırmandalı k.) - 768/60, Xanlar rayonunda (Çaykənd k.) - 384/60, İmişli rayonunda (Qraquvandikli k.) - 128/30, Zərdab rayonunda (Qobakqovu k.) - 256/30, Ağdam rayonunda (Qaradağlı k.) - 256/30, Masallı rayonunda (Serçuvar k.) - 672/90 və Ağstafa rayonunda (Tatlı k.) - 256/30 həcmli, DS-200 elektron tipli nömrələr istismara veriləcək.

Kürdəmir telekommunikasiya qovşağının mərkəzi ATS-ində CDMA standartlı yeni stansiya quraşdırılacaq. Eləcə də Xaçmaz və Zaqatala rayonlarında fəaliyyət göstərən CDMA stansiyalarının həcmi artırılacaq.

Xəbər lenti

Xəbər lenti