Azərbaycan, Bakı, 24 may / Trend / Azərbaycanın mobil rabitə operatoru "Azercell Telecom" öz abunəçilərini mayın 27-si və 30-da səhər və axşam saatlarında zənd və digər xidmətlərlə bağlı yarana biləcək problemlərlə əlaqədar xəbərdarlıq edir. Bu barədə şirkətin məlumatında bildirilir.
Şirkət vaxtaşırı olaraq rabitə xidməti keyfiyyətinin yaxşılaşdırılması məqsədi ilə analoji işləri həyata keçirir.
Bu gün "Azercell Telecom" abunəçilərin sayı üç mln.nəfəri ötüb.
"Azercell Telecom" MMC yanvarın 19-da təsis edilib və BM Fintur Holdings BV (64,2 faiz) və Azərbaycanın Rabitə Nazirliyinin (35,7 faiz) birgə müəssisəsi kimi təsis edilib. Fintur Holdings BV-nin səhmlərinin 58,55 faizi TeliaSonera şirkətinə, 41,45 faizi isə Turkcell-ə məxsusdur. Bu gün o tam özəlləşdirilmiş şirkət kimi fəaliyyət göstərir.