...

Azərbaycanda mobil rabitə bazarı yüksək rəqabət mərhələsinə daxil olub - İKT Mərkəzi

Telekommunikasiya Materials 7 Avqust 2008 15:10 (UTC +04:00)

Azərbaycan, Bakı, 07 avqust/ Trend / İnformasiya Kommunikasiya Texnologiyaları (İKT) üzrə İnformasiya Mərkəzində hesab edirlər ki, Azərbaycanda mobil rabitə bazarı yüksək rəqabət mərhələsinə daxil olub. Buna sübut ölkə mobil rabitə operatorlarının kampaniya və tarif paketlərini təkrar etmələridir.

İKT üzrə İnformasiya Mərkəzinin məlumatlarına əsasən, Azercell-in avqustun 5-də təqdim etdiyi "MMS-fanat" kampaniyası Azerfon "MMS FAN"in tarif planının təkcə adının deyil, həm də şərtlərinin demək olar ki, analoqudur.

Mərkəz qeyd edir ki, Azercell, MMS göndərişlərini stimullaşdırıcı kampaniya kimi keçirdiyi halda, Azerfonda bu çoxsaylı tarif paketlərindən biridir. Azerfon bu tarif planı haqda cari ilin aprelində elan edib və "MMS FAN" paketi daimi xarakter daşıyır. Azercell-də "MMS-fanat" kampaniyası isə yalnız noyabrın 5-dək davam edəcək.

Azerfon-da pulsuz MMS-lərin göndərilməsini aktivləşdirməyə heç bir ödəniş tələb olunmur. Yalnız mobil telefondan adi rejimdə istifadə edərək danışmaq, SMS göndərmək, İnternetə daxil olmaq lazımdır.

Pulsuz MMS-lər isə bonus şəklində toplanır və buna görə abonentlər heç nə ödəmirlər. Azercell-də isə xidmətin aktivləşdirilməsi üçün 200 kontur ödəniş tələb olunur. Düzdür, Azerfon hər gün 12 MMS,  Azercell isə 300 MMS göndərmək imkanı verir.

Mərkəzdə hesab edirlər ki, Azercell-in "300" rəqəmini elan etməsi daha çox bazar xarakteri daşıyır. Belə ki, reallıqda praktika göstərir ki, istifadəçi hər gün orta hesabla 15-20-dən artıq MMS göndərmir. Buna görə də Azerfon-un maksimal "12" rəqəmi, real göstəricilərə daha yaxındır.

"Mobil xidmətlər bazarının xidmət və kampaniyaları təkrarlamaq cəhdləri biznesin digər yüksəkrəqabətli seqmentlərini,  xüsusilə də bank sektorunu xatırlamağa başlayıb", - Mərkəzədə qeyd edirlər.

Mərkəz Azercell-in "MMS-fanat" kampaniyasını, Azerfon-un "MMS FAN" tarif planı ilə eyniliyini, mobil operatorların bazar gedişlərinin daha müvəffəqiyyətli yolundan istifadə edərək, istifadəçilərin böyük diqqətini cəlb etmək kimi qiymətləndirir. "Mərkəz mobil rabitə bazarındakı xidmət və tarifərin müharibəsini istehlakçıların xeyrinə olması və xidmətlərin ucuzlaşması kimi hesab edir". Dünya təcrübəsinin göstərdiyi kimi, bazardakı yüksək rəqabət həmişə xidmətlərin keyfiyyətli olmasına və ucuzlaşmasına səbəb olur.

İnformasiya mərkəzində Azerfon-un yüksək bazar fəallığını müsbət qeyd edirlər. Bu, istehlakçıların diqqətini cəlb etmək məqsədilə, digər mobil operatorlarını onlara analoji xidmətləri təqdim etməyə  stimullaşdırır.

Hazırda Azərbaycanda üç mobil rabitə operatoru fəaliyyət göstərir. Onlardan ən böyüyü Azercell Telecom-dur (3 milyondan artıq abonent). Ən "qocamanı" Bakcell (1993-cü ildən fəaliyyət göstərir), ən "gənci" isə Azerfon-dur (2007-ci ilin martından xidmət göstərməyə başlayıb).

Xəbər lenti

Xəbər lenti