Azərbaycan, Bakı, 06 sentyabr/ Trend , müxbir S.Babayeva/ Azərbaycanın Milli Tele- Radio Şurası Bakı və Abşeron yarımadası ərazisində radioyayım üçün 105.7 MHz işlək tezliyə dair müsabiqə elan edib.
Şuranın məlumatında bildirilir ki, müsabiqədə iştirak üçün yayıma dair xüsusi icazənin alınması məqsədilə ərziə; studiyanın emblemi; təsis sənədləri; yayım proqramının konsepsiyası; kadrlar və onların peşəkar səviyyəsi haqqında sorğu; yayım zamanı istifadə ediləcək avadanlıq və qurğular, onların texniki şərtləri haqqında məlumat, həmçinin, 200 manat məbləğində ilkin ödəniş lazımdır.
Radiotezliklərin alınması üçün təqdim edilən bütün sənədlər cari ilin sentyabrın 8 - dən oktyabrın 8 - dək yalnız Azərbaycan dilində qəbul ediləcək.