...

Azərbaycanın Rabitə Nazirliyi üçnişanlı domenlər istifadəyə verməyi planlaşdırır

Telekommunikasiya Materials 2 Oktyabr 2008 18:10 (UTC +04:00)

Azərbaycan, Bakı, 02 oktyabr/ Trend , müxbir S.Babayeva/ "Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİNT) ölkənin bölgə saytları üçün üçnişanlı domenlər istifadəyə verməyi planlaşdırır", - deyə cümə axşamı rabitə nazirinin müavini Elmir Vəlizadə bildirib.

"Belə bir qərar internetin inkişafı üzrə Koordinasiya Şurasının ötən həftə keçirilən iclasında qəbul olunub", - deyə həm də bu Şuranın sədri olan Vəlizadə bildirib.

Nazir müavini işlərin konkret başa çatması müddətini açıqlamayıb və qeyd edib ki, bu, yaxın vaxtlarda mümkün olacaq.

Bu gün ölkədə 7 min Azərbaycan domeni qeydiyyatdan keçib.

RİTN - dan verilən məlumata görə, üçnişanlı damenlərinin tətbiqinə başlanacağı təqdirdə, Beynəlxalq Standartlaşdırma Təşkilatı (ISO) tərəfindən təsdiq olunan bu və ya digər regionun abbreviaturaları istifadə olunacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti