...

Rabitə Nazirliyi Azərbaycanın rabitə sektoruna yatırılan sərmayələrin həcmini açıqlayıb

Telekommunikasiya Materials 10 Mart 2009 13:36 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 mart / Trend , müxbir S.Babayeva /

Yanvar-fevralda Azərbaycanın rabitə və informasiya texnologiyaları sahəsinə yatırılan dövlət sərmayələri 4,2 mln. manat təşkil edib. Bu barədə çərşənbə axşamı Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən (RİTN) bildiriblər.

Bu dövr ərzində idarənin əsas müəssisələri olan "Aztelekom" İB tərəfindən 1,8 mln. manat, "Bakı telefon rabitəsi" İB tərəfindən 1,4 mln. manat, "Azərpoçt" DM tərəfindən 65 min manat və İnformasiya-Hesablama Mərkəzi tərəfindən 300 min manatdan artıq sərmayə yatırılıb.

2008-ci il ərzində RİTN rabitə sahəsinə 41 mln. manat sərmayə yatırıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti