...

Azercell və RIM ilk dəfə olaraq Azərbaycanda Blackberry Solution məhsulunu təqdim edir

Telekommunikasiya Materials 1 İyun 2009 18:54 (UTC +04:00)

Azərbaycan. Bakı, 1 iyun / Trend /

Azərbaycanın aparıcı mobil rabitə operatoru olan "Azercell Telekom" MMC və "Research In Motion" (RIM) şirkəti bu gün Azərbaycanda "BlackBerry® solution" məhsulunun təqdim olunmasını bəyan ediblər. "The BlackBerry solution" məhsulu elektron poçt, telefon, təqvim, veb, multimedia və digər biznes və adi proqramlara asan şəkildə simsiz çıxışın təmin edilməsinə imkan verən smartfon, kompüter proqramları və xidmətlərini bir araya gətirən vasitədir. Bundan sonra, "Azercell" müştəriləri ezamiyyətdə olduqları vaxt istənilən şəxslə əlaqədə olmaq və məlumatı əldə etmək üçün BlackBerry® smartfonundan istifadə edərək, azad şəkildə bu fürsətdən yararlanacaqlar.

"Azercell Telekom" MMC-nin prezidenti cənab Ali Ağanın sözlərinə əsasən, The BlackBerry solution məhsulundan istifadə Azərbaycandakı müştərilər üçün çox rahat olacaq.

"The BlackBerry solution"daha böyük bağlantı imkanlarını təmin etmək məqsədi ilə bir çox rabitə kanallarını özündə əks etdirir. Artıq 13 ildir ki, biz Azərbaycana ən son texnologiyaları gətiririk və buna görə də bizim RIM şirkəti ilə əlaqələrimiz müştərilərə dəyər vermək strategiyamıza uyğundur", - deyə o bildirib.

RIM şirkətinin korporativ marketinq üzrə vitse-prezidenti Mark Guibert əlavə olaraq vurğulayıb: "RIM şirkəti "BlackBerry solution" məhsulunu Azərbaycanda təqdim etmək məqsədi ilə "Azercell Telekom" MMC ilə böyük məmnuniyyətlə çalışmışdır. BlackBerry smartfonları səfərdə olan şəxslər üçün öz həmkarları, dostları və ailəsi ilə əlaqədə olmaq, o cümlədən durmadan artan biznes və fərdi məlumatları toplamaq üçün düzgün seçimdir."

"Azercell" korporativ müştərilər üçün BlackBerry® Enterprise Server məhsulunu, kiçik şirkət və fərdi istifadəçilər üçün isə BlackBerry® Internet Service xidmətini təklif edir.

BlackBerry Enterprise Server öz elektron poçt serverlərini idarə edən təşkilatlar üçün xüsusi olaraq nəzərdə tutulur. The BlackBerry Enterprise Server-in proqramı IBM® Lotus® Domino®, Microsoft® Exchange və Novell® GroupWise® kompüter proqramları ilə sıx şəkildə uzlaşır və elektron poçt ilə digər korporativ məlumatlara təhlükəsiz və "push" əsasında simsiz çıxışı təmin etmək məqsədi ilə şifrələnmə və İT siyasətinə nəzarət mexanizmlərindən istifadə edir.

BlackBerry Internet Service kiçik şirkətlər və fərdlər üçün nəzərdə tutulur. Bu xidmət bir cihaz əsasında 10 dəstəklənən korporativ və fərdi elektron poçta çıxışı (o cümlədən, ən populyar Yahoo! Mail və Google Mail kimi elektron poçt ünvanlarına daxil olmanı) təmin edir.

Azərbaycanın aparıcı mobil rabitə operatoru hesab edilən və 3,5 milyon abunəçisi olan "Azercell Telekom" MMC 1996-cı il yanvarın 19-da təsis edilmişdir. Şirkətin əsas pay sahibləri "TeliaSonera" və "Turkcell"-dir. 1996-cı il dekabr ayından fəaliyyətə başlayan "Azercell" Azərbaycana təxminən 1 milyard ABŞ dolları həcmində sərmayə yatırıb. Hazırda "Azercell"-in mobil rabitə bazarındakı payı 60%-ə yaxındır.

"Research In Motion" dünyanın mobil rabitə bazarında innovativ simsiz rabitə məhsullarının aparıcı dizayneri, istehsalçısı və satıcısıdır. 1984-cü ildə Ontarioda təsis edilmiş RIM şirkəti Şimali Amerika, Avropa və Asia-Sakit okean regionunda ofislərə malikdir.

The BlackBerry və RIM-in digər ticarət nişanları, təsvirləri və rəmzləri "Research In Motion Limited" şirkətinin eksklüziv ticarət nişanı və mülkiyyətidir. RIM, Research In Motion və BlackBerry ABŞ-ın Patent və Ticarət Nişanı Ofisində qeydiyyatdan keçib və digər ölkələrdə qeydiyyata alınıb və ya keçmək üzrədir.

Xəbər lenti

Xəbər lenti