...

Azərbaycanın Fizika İnstitutunun Hesablama Mərkəzi CERN ilə əlaqə quracaq

Telekommunikasiya Materials 7 İyul 2009 11:15 (UTC +04:00)

Azərbaycan, Bakı, 06 iyul / Trend , müxbir Q. Vəliyev /

Fizika İnstitutunun Hesablama Mərkəzinə Avropanın Nüvə Tədqiqatları Mərkəzi ilə informasiya mübadiləsi üçün yüksəksürətli rabitə kanalı təqdim olunacaq. Bu barədə Trend -a bazar ertəsi AR Milli Elmlər Akademiyasının Fizikia İnstitutunun Yüksək enerji laboratoriyasının müdiri Hövsət Abdinov məlumat verib. 

Onun sözlərinə əsasən, kanalın ötürmə qabiliyyəti 34 Mbit/s təşkil edir ki, bunun da 20 Mbit/s-tı Hesablama Mərkəzinin payına düşür. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən şəbəkənin təşkili üzrə yardım göstərilib.

AMEA-nın Fizika İnstitutu yüksək hesablama gücü və sürətli rabitə kanalları tələb edən GRID şəbəkəsinin yaradılmasının təşəbbüskarıdır.

Hazırda GRID şəbəkəsinin yaranmasında təsiri olacaq kompyuterlərin quraşdırılması üzrə işlər tamamlanıb. CERN təfəfindən Fizika İnstitutuna 300-dən çox kompyuter təqdim edilib. Onların qoşulması üzrə işlər sentyabra kimi başa çatacaq. Hazırda lazımı proqram təminatının yaradılması üzrə işlər tamamlanır.

Oktyabr ayında GRID-in  bölünmüş hesablamalar texnologiyasının istifadə olunacağı böyük adron kollayderin işə salınması gözlənilir. Kollayderin hər bir detektorundan böyük informasiya axını keçəcək (saniyədə 700 meqabayt). Bu informasiyanın hesablanması və saxlanılması, həmçinin onun işlənməsi üçün sürətli elektronikaya ehtiyac olacaq.

Hazırda dünyadakı heç bir super kompyuter bu həcmdə informasiyanın öhdəsindən gələ bilmir, buna görə də GRID-in bölünmüş hesablamalar sistemi tətbiq ediləcək.

Məlumatların işlənməsində dünyanın 33 ölkəsinin 140 institutunda quraşdırılan kompyuterlərdən istifadə olunacaq. Bütün sistem real vaxt rejimində bir güclü kompyuter kimi işləyəcək. Bunun üçün artıq eksperimentlərdə iştirak edən hər bir fizikin Yer kürəsinin hansı nöqtəsində olmasından asılı olmayaraq, şəxsi kompyuterindən daxil olmaq üçün tədim olunmuş  xüsusi hesablama mərkəzləri quraşdırılıb. Bu sistem boş resursu və konkret tapşırıqların həll edilməsi üçün müvafiq proqram təminatını özü seçir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti